UEFA Avropa Liqasının II turunda Fransa təmsilçisi “Lill” səfərdə İtaliyanın “Roma” klubunu məğlub edib.

Qarşılaşmanın qəhrəmanı isə qapıçı Berke Özer olub.

Matçın 6-cı dəqiqəsində Hakon Haraldssonun vurduğu qol “Lill”ə üstünlük qazandırıb. İlk hissə bu hesabla yekunlaşıb.

80-ci dəqiqədə “Roma” penalti qazanıb. 82-ci dəqiqədə Artem Dovbikin zərbəsini Berke Özer dəf edib. VAR qərarı ilə penalti təkrar edilib və Dovbik yenidən eyni küncə vursa da, türkiyəli qapıçı ikinci dəfə möhtəşəm qurtarış nümayiş etdirib. Hakim bu dəfə Berkenin cərimə zərbəsi zamanı xətti pozduğunu əsas gətirərək penaltini üçüncü dəfə təkrarladıb.

85-ci dəqiqədə Matias Soule zərbə icra etsə də, Berke Özer bir daha parlaq qurtarışla yadda qalıb.

Beləliklə, türkiyəli qolkiper 3 penaltiyə ardıcıl “yox” deyərək komandasının 1:0 hesablı qələbəsində əsas rol oynayıb.

Bu nəticə ilə “Lill” Avropa Liqasının qrup mərhələsində ikinci qələbəsini qazanıb.