AZ

Özbəkistan millisinə Fabio Kannavaro gətirildi

DÇ-2026-ya vəsiqə qazanan Özbəkistan yığmasının baş məşqçi postuna Fabio Kannavaro təyin olunub.

İdmanxeber.az xəbər verir ki, italiyalı mütəxəssisin təyinatı barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Bildirilib ki, komandaya mundialda məhz o rəhbərlik edəcək.

Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Kannavaronun son iş yeri Xorvatiya “Dinamo Zaqreb” klubu olub.

Seçilən
97
idmanxeber.az

1Mənbələr