AZ

Rihanna üçüncü övladını dünyaya gətirdikdən sonra ilk dəfə görüntüləndi

Dünyaca məşhur müğənni Rihanna, üçüncü övladını dünyaya gətirdikdən sonra ilk dəfə ictimaiyyət qarşısında görünüb.

Editor.az xəbər verir ki, ulduz Los-Ancelesdə paparassilərin obyektivinə tuş gəlib. Rihanna avtomobilin sərnişin oturacağında gülümsəyərkən görüntülənib, daha sonra isə jurnalistlərə əl yelləyərək uzaqlaşıb.

Qeyd edək ki, uzun illər dostluq münasibətindən sonra Rihanna 2020-ci ilin noyabrında reper A$AP Rocky ilə sevgili olub. Cütlük 2022-ci ilin yanvarında ilk dəfə övlad gözlədiklərini açıqlayıb. Həmin ilin mayında onların ilk uşağı – RZA Athelstone Myers adlı oğulları dünyaya gəlib. 2023-cü ilin avqustunda isə ikinci övladlarını qarşılayıblar.

Müğənni bu ilin may ayında keçirilən Met Gala tədbirində üçüncü dəfə ana olacağını açıqlayıb. Rihanna tədbirdə boz korset geyimi ilə böyüyən körpə qarnını nümayiş etdirərək diqqət mərkəzinə düşüb.

// Gülnarə Abasova, Editor.az

Seçilən
22
editor.az

1Mənbələr