UEFA Avropa Liqasına “Dinamo Zaqreb” qarşısında aldığı 1:3 hesablı məğlubiyyətlə başlayan “Fənərbağça” qrupun ikinci oyununda Fransanın “Nitsa” klubunu qəbul edib.
Sarı-lacivərtlilər oyuna sürətli başlayıb. Artıq 3-cü dəqiqədə Anderson Taliskanın ötürməsini dəyərləndirən Kerem Aktürkoğlu qapıçı Diufun müdaxiləsinə baxmayaraq topu tora göndərib. Bu qol gənc futbolçunun “Fənərbaxça” forması ilə ilk qolu olub.
25-ci dəqiqədə isə yenidən səhnəyə çıxan Kerem Yüksekin ötürməsindən sonra cərimə meydançasında dəqiq zərbə ilə fərqi iki topa çatdırıb.
Qonaqlar 37-ci dəqiqədə penalti qazanıblar. Edersonun qapısına Kevin Karlosun zərbəsi dəqiq olub və hesab 2:1-ə gəlib. İlk hissə bu nəticə ilə yekunlaşıb.
İkinci hissədə hər iki tərəf dəyişikliklər edib. “Fənərbağça”da zədələnən Kerem Aktürkoğlu və Nene oyunu yarımçıq tərk edib, onların əvəzinə Oğuz Aydın və Fred meydana daxil olub. “Nitsa” isə hücum xəttini gücləndirmək üçün Terem Moffini meydana buraxıb.
Qalan dəqiqələrdə komandalar imkanlar əldə etsə də, hesab dəyişməyib və “Fənərbağça” mötəbər turnirdə ilk qələbəsini 2:1 hesabı ilə qazanıb.