AZ

İtaliyada yol qəzasında 3 nəfər ölüb, 5 nəfər yaralanıb

Roma, 2 oktyabr, AZƏRTAC

İtaliyanın şimalındakı Qrosseto əyalətində Aurelia şosesində ölümlə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC xəbər verir ki, yük maşını ilə asiyalı turistləri daşıyan mikroavtobusun toqquşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılar Siena, Qrosseto və Florensiyadakı xəstəxanalara çatdırılıb.

Qəzadan sonra ölkənin şimal istiqamətində dövlət əhəmiyyətli avtomobil yolu bir müddət bağlanıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
5
3
azertag.az

4Mənbələr