Bakı. Trend:
Vyetnamda daşqın və torpaq sürüşməsi ilə nəticələnən “Bualoy”qasırğası 34 nəfərin ölümünə, 140 nəfərin yaralanmasına səbəbolub.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, daha 20 nəfər hələ də itkin düşmüş sayılır. Təbiifəlakət infrastruktura ciddi ziyan vurub.
Təxminən 155 min evə zərər dəyib, 2.7 milyona yaxın evtəsərrüfatı işıqsız qalıb, 3 mindən çox yol bağlanıb, 34 minhektardan çox çəltik və digər əkin sahələri məhv olub.