1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Təxminən iki gün davam edən ümummilli qapatmadan sonra Əfqanıstanda internet və mobil rabitəyə çıxış bərpa olunub. Hazırda yalnız iki operator məhdud xidmət göstərir.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, internetə çıxış baş nazir səlahiyyətlərini icra edən Həsən Axundun əmri ilə bərpa edilib.
Rabitə kəsintisi bazar ertəsi başlayıb və vətəndaşların gündəlik fəaliyyətini pozub. "Taliban"ın sözçüsü isə əvvəlcə kəsintinin fiber-optik kabelə keçid əməliyyatı ilə bağlı olduğunu və müvəqqəti olacağını bildirib.
"Netblocks" və "Cloudflare Radar" məlumatlarına görə, ölkədə internet 48 saatlıq tam kəsintidən sonra tədricən bərpa olunub.