AZ

ADSEA: Süni yağış texnologiyası təbii yağıntı çatışmazlığını kompensasiya etmək məqsədi daşıyır

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Coğrafiya İnstitununun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev vurğulayıb ki, sudan düzgün istifadə edə bilməmək ucbatından əkinə yararlı torpaqlarımızın 1/3-ni itirmişik. Ənvər Əliyev qeyd edib ki, sularımızdan normal istifadə etmədiyimizə görə, artıq heç yerdə əkin sahələrimiz yoxdur.

Qeyd edək ki, yerli mətbuatda süni yağış texnologiyasının tətbiqi ilə bağlı pilot layihə təklifi haqda məlumatlar verilir. Bu texnologiya əkinə yararsız torpaqları əkinə yararlı edə bilərmi? Yoxsa, süni yağış layihəsi əkinə yararlı sahələrdə suvarma sistemlərinin xərclərini azaltmaq üçündür?

Yaranan suallara cavab tapmaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) sorğu ünvanladıq. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidən Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, süni yağış texnologiyası əsasən su təminatını optimallaşdırmaq üçün nəzərdə tutulur: "Onun məqsədi mövcud əkin sahələrində suvarmanı təmin etmək, quraqlıq dövründə bitkilərin su tələbatını qarşılamaq və təbii yağıntı çatışmazlığını kompensasiya etməkdir".

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
icma.az

1Mənbələr