AZ

Eldar İsmayılov saxta ordeni Türkmənistan liderə də təqdim edib

Ajans.az xəbər verir ki,sosial şəbəkələrdə yayılan görüntülərdə İsmayılovun 2022-ci ildə Türkmənistanda keçirilən rəsmi tədbirlərdən birində Berdiməhəmmədova “Dədə Qorqud” ordeni təqdim etdiyi əks olunub. Kadrlardan aydın görünür ki, Eldar İsmayılov tədbirə tək qatılmayıb – onunla birlikdə Azərbaycan Milli Məclisinin deputatı Eldar Quliyev də iştirak edib. Qeyd edək ki, Eldar İsmayılov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi – rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, onları hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə faktları üzrə cinayət işi başlanıb. Hazırda İsmayılov istintaqa cəlb olunub və araşdırmalar davam etdirilir.

 

Seçilən
32
Ajans.az

1Mənbələr