AZ

Nyu Yorkdakı Azadlıq Heykəli işıqsız qalacaq

Ajans.az xəbər verir ki,bu barədə “The New York Times” nəşri Nyu York ştatının Demokrat qubernatoru Keti Hoçulaya istinadən məlumat yayıb. Hoçul bəyan edib ki, hökumət bağlandığı təqdirdə məşhur heykəlin saxlanması və işıqlandırılması üçün ştat büdcəsindən vəsait ayrılmayacaq. “Azadlıq Heykəlinin məşəli sözün əsl mənasında sönə bilər. Bu, fəlakətli tufan, daşqın və ya qasırğa səbəbindən deyil, Donald Tramp və Vaşinqtondakı Respublikaçıların hökuməti bağlamağa məcbur etməsi ucbatından baş verə bilər”, – deyə qubernator bildirib. Federal maliyyə vəsaiti tükəndiyi təqdirdə, Azadlıq Heykəlinin təmir və saxlanma işləri də dayandırılacaq. Bu isə yaxın günlərdə əlamətdar abidənin müvəqqəti bağlanması ilə nəticələnə bilər.

 

Seçilən
120
Ajans.az

1Mənbələr