AZ

İsrail Qreta Tunberqi və Sumud donanmasının ekipajını saxlayıb

Qlobal Sumud Flotilla fəal qrupu İsrail qüvvələrinin Sumud donanmasının ekipajını, o cümlədən məşhur ekoloji fəal Qreta Tunberqi saxladığını bildirib.

Doğru.az xəbər verir ki, RİA Novosti təşkilatın sosial şəbəkədəki bəyanatına istinadən xəbər yayıb:

“Sumud Qlobal Donanmasının ‘Alma’ gəmisinin ekipajı, o cümlədən Qreta Tunberq və Sumuda lideri Tiaqo Avila İsrail tərəfindən qanunsuz olaraq saxlanılıb”, – deyə bəyanatda qeyd olunur.

Daha əvvəl İsrail Hərbi Dəniz Qüvvələri Qəzza zolağına humanitar yardım çatdırmağa və dəniz blokadasını yarmağa cəhd edən flotiliyanın qarşısını alıb. Təşkilatçılar bildirir ki, 47 gəmi 500-dən çox fəalı aparır.

Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi də təhlükəsizlik qüvvələrinin Tunberqi saxladığını təsdiqləyib.

DOĞRU.AZ

Seçilən
38
1
dogru.az

2Mənbələr