AZ

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi: "Amerika amerikalılar üçündür"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Amerika amerikalılar üçündür!"
Oxu.Az xəbər verir ki, bu şüarı ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DTN) hazırkı administrasiyanın sənədsiz immiqrantlarla mübarizəsi kontekstində özünün "X" hesabında paylaşıb.
"Hər bir cinayət törətmiş qanunsuz miqrant ölkədən çıxarılmalıdır", - nazirlik yazıya əlavə edib.
Bu çağırışlarla yanaşı, DTN ABŞ İmmiqrasiya və Gömrük Xidmətinə (ICE) yeni əməkdaşların işə qəbulu üçün yaradılmış veb-sayta link yerləşdirib. Yazıda, həmçinin 20-ci əsrin əvvəllərinə aid təbliğat posteri kimi stilizə edilmiş, miqrantların qovulmasına çağıran və vətəndaşları ICE-yə qoşulmağa dəvət edən "Sem dayı"nın şəkli də yer alıb.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinə çağırıb. O, ABŞ tarixində qanunsuz miqrantlara qarşı ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu bəyan edib.
Seçilən
35
1
oxu.az

2Mənbələr