AZ

Nesrin Cavadzadə: "Depressiya yeməyim lahmacundur"

Nesrin Cavadzadə: "Depressiya yeməyim lahmacundur"Məşhur aktrisa Nesrin Cavadzadə səmimi etirafı ilə yenidən gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, "Yasak Elma" serialında canlandırdığı Şahika obrazı ilə tamaşaçıların yaddaşına həkk olunan aktrisa, depressiya anlarında onu yaxşı hiss etdirən yeganə şeyin lahmacun olduğunu açıqlayıb.

Hürriyet-ə danışan aktrisa, bu vərdişinin bəzən sosial şəbəkələrdə yanlış başa düşüldüyünü də bildirib:
"Birlikdə lahmacun yediyim hər kəsi sevgilim sanırlar. Halbuki lahmacun sadəcə ən sevdiyim yeməkdir."

Cavadzadənin bu səmimi etirafı qısa zamanda sosial mediada müzakirələrə səbəb olub. İzləyicilər isə "Bizim də depressiya dərmanımız lahmacundur" və "Lahmacun ortaq məxrəcimiz oldu" kimi zarafatlı şərhlərlə aktrisaya dəstək göstəriblər.

Seçilən
13
1
big.az

2Mənbələr