AZ

Məktəbli avtobusları Əmrullayevin yeni biznes layihəsidir – Ekspert

Məktəbli avtobusları ilə bağlı o qədər böyük həvəslə və böyük layihə kimi danışırlar ki, sanki bu bütün Bakı məktəblərini əhatə edəcək. Halbuki bu layihə cəmi 1200 şagird üçün nəzərdə tutulub.

Bu sözləri Tribunainfo.az-a təhsil üzrə ekspert Elşən Qafarov bildirib. O qeyd edib ki, Bakı şəhərində 500 mindən çox şagird oxuyur və bu avtobuslar da bu qədər şagirddən cəmi 0,2 faizini təşkil edəcək:

“Bu dövlət layihəsi deyil, biznes layihədir. Qiymətlər də artıq müəyyən edilib və 100-250 manat arasında dəyişir. Bu qiymət isə heç bir ailə büdcəsinə uyğun deyil. Valideynlərin uşaq üçün kirayə maşın tutması çox vaxt daha ucuz başa gəlir. Bu da layihənin sosial deyil, biznes xarakterli olduğunu göstərir.

Hələ o da maraqlıdır ki, bu avtobusları təşkil edənlər kimlər olacaq. Görəsən, bunlar da nazir Emin Əmrullayevin dostları olacaq? Mən hesab edirəm ki, məktəbli layihəsi Emin Əmrullayevin yeni biznes layihəsidir.

Əgər həqiqətən şagirdlərin vaxtında məktəbə çatdırılması əsas məqsəd olsaydı, internat məktəblərində istifadəsiz qalan avtobuslar birləşdirilərək işə salına bilər və uşaqlar onlardan ödənişsiz yararlana bilərdi”.

Gülşən Rəsul

Seçilən
9
1
tribunainfo.az

2Mənbələr