Bakı. Trend:
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətlidərəcədə töhfə verib.
Trend xəbər verirki, bunu SOCAR prezidenti Rövşən Nəcəf Astanada keçirilən KAZENERGYAvrasiya Forumunun açılışında etdiyi çıxışda deyib.
“Biz Avropaya qaz tədarükünü təxminən 60 faiz artırmışıq vəbunun üçün nə Avropa, nə də Avropa İttifaqının vəsaitlərindənistifadə etməmişik. Lakin bu tədarüklərin sabitliyini təmin etməkvə həcmləri artırmaq üçün qaz kəmərini genişləndirmək lazımdır.Bunun üçün isə bizə Avropa alıcıları tərəfindən uzunmüddətlimüqavilələrin zəmanəti, həmçinin Avropa İttifaqı və Avropanınmaliyyə institutlarının bu layihələrin maliyyələşdirilməsinədəstəyi lazımdır”, – deyə o bildirib.
R.Nəcəf Avropanın qazla bağlı mövqeyindəki qeyri-müəyyənliyədiqqət çəkib:
“Bildirilir ki, qaza ehtiyac var, lakin bəziləri 2030-cu iləqədər deyir, digərləri isə bəlkə 2035-ə qədər. Əgər dəqiqzəmanətlər yoxdursa, biz karbohidrogen hasilatı layihələrinimaliyyələşdirə bilmərik. Bu sahədə investisiyalar bir illik tədarüküçün edilmir. Qaz sənayesi hasilata sərmayə qoymaq və qaztədarükünü təmin etmək üçün uzunmüddətli müqavilələr tələbedir”.
SOCAR prezidenti Avropadan qarşılıqlı addımların atılacağıtəqdirdə şirkətin ixrac həcmlərini artırmağa hazır olduğunutəsdiqləyib:
“Biz Avropaya qaz tədarükünü artırmağa hazırıq, amma bunun şərtiavropalı tərəfdaşlarımızın əməkdaşlıq etməsidir. İlk növbədə – bu,uzunmüddətli müqavilələrdir. İkincisi – infrastrukturungenişləndirilməsinə birgə investisiyalar qoyulmalıdır”.
O, Avropanın əvvəlki müraciətlərini xatırladaraq vurğulayıb:
“Təxminən üç il əvvəl avropalı tərəfdaşlarımız bizdən qaztədarükünü artırmağı xahiş etdilər. Biz isə ixracı ikiqat artırmağarazılaşdıq, amma qaz kəmərlərinin və infrastrukturungenişləndirilməsinin maliyyələşdirilməsində dəstək göstərilməsişərti ilə. Axı mövcud infrastruktur – Cənub Qaz Dəhlizi –Azərbaycan və onun tərəfdaşlarının hesabına tikilib. Biz bulayihənin icrası ilə bağlı bütün riskləri öz üzərimizə götürdük və2022-ci ilə qədər onun genişləndirilməsi məsələsini gündəməgətirməmişdik. Biz öz işimizi görür və qaz ixrac edirdik. LakinAvropa bizdən daha çox tələb edəndə, bu, onlar üçün son dərəcəkritik bir məqam idi”.