AZ

Çempionlar Liqası: “Qarabağ” Avropa nəhənglərini qabaqlayır

Çempionlar Liqasının 2025/26 mövsümünün ümumi mərhələsinin 2-ci turuna yekun vurulub.

İdman.biz bildiri ki, turun yekunlarına görə turnir cədvəlinə 6 xal toplayan “Bavariya” başçılıq edir.

Danimarkanın “Kopenhagen” klubunu 2:0 hesabı ilə məğlub etmiş “Qarabağ” komandası da 6 xal toplayıb və 6-cı yerdədir.

6 xal toplayan komandalar arasında “Real Madrid”, PSJ, “İnter”, “Arsenal” da var.

“Borussiya Dortmund”, “Mançester Siti”, “Liverpul”, “Barselona”, Yuventus”, “Çelsi” və “Napoli” kimi klublar cədvəldə Ağdam klubundan geridədirlər.

“Qarabağ”ın ümumi mərhələdə rastalaşacağı klubların hamısı hazırda turnir cədvəlində ondan aşağıda mövqe tuturlar. Ən zəif mövqe 34 və 35-ci yerləri tutan “Atletik” və “Ayaks”dadır. Bu komandalar bir xal belə toplamayıblar. Rəqiblərimizdən “Ayntraxt”, “Liverpul”, “Çelsi” və “Napoli” hərəyə 3 xal yığaraq 15, 17, 18 və 19-cu yerlərdə qərarlaşıblar.

Cədvəldə sonuncu yeri 0 xalı olan “Kayrat” tutur.

Xatırladaq ki, 36 klubun yekun cədvəli ümumi mərhələnin səkkiz oyununun nəticələrinə əsasən müəyyənləşir. Nəticələrə əsasən, birbaşa 1/8 finala çıxan ən yaxşı 8 komandanı müəyyən ediləcək. 9-24-cü yerləri tutan klublar isə 1/8 finala çıxmaq hüququ üçün pley-off matçlarında iştirak edəcəklər.

İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr