AZ

“Mançester Yunayted” Valverde üçün 80 milyon avro təklif edəcək

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, Mançester klubu uruqvaylı futbolçunun xidmətində israrlıdır. "Qırmızı şeytanlar" qış transfer pəncərəsi zamanı futbolçunu transfer etmək istəyit və futbolçunun agenti ilə artıq danışıqlara da başlayıb.

İngiltərə nəhəngi Valverde üçün təxminən 80 milyon avro təklif etməyə hazırdır.

Bildirilir ki, müqavilənin bir hissəsi kimi, hazırda “Mançester Yunayted”də az oyun vaxtı alan Kobbi Maynu da daxil edilə bilər.

Qeyd edək ki, Valverde daha əvvəl “Real”da oyun mövqeyi ilə bağlı Xabi Alonso ilə konfliktin olmadığını açıqlayıb. Bu həftə isə uruqvaylı futbolçu “Kairat”la oyunda meydana çıxmayıb.

Seçilən
48
90deqiqe.az

1Mənbələr