AZ

Fransa nüvə doktrinasının yenilənməsi üzərində işləyir

Fransa Prezidenti Emmanuel Makron milli nüvə doktrinasının yenilənməsi barədə planlarını elan edib.

Azreform.info xəbər verir ki, o, bu barədə "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində bildirib.

E.Makronun sözlərinə görə, Fransanın "nüvə çətiri" öz aktuallığını saxlayır.

Fransa Prezidenti doktrinanın aktuallaşdırılması üzərində işlədiyini və bu məsələyə maraq göstərən Avropa ölkələri ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu qeyd edib.(report)

Seçilən
11
4
azreform.info

5Mənbələr