AZ

Makron: Fransa nüvə doktrinasını modernləşdirmək üzərində işləyir

Fransa nüvə doktrinasını modernləşdirməyə çalışır.

Bu barədə Fransa lideri Emmanuel Makron bildirib.

"Mən hazırda doktrinamızı yeniləmək üzərində işləyirəm və bunu istəyən avropalılarla strateji dialoqumuzu dərinləşdirməyə davam etmək istərdim",- deyə o, Frankfurter Allgemeine Zeitung ( FAZ ) qəzetinə müsahibəsində qeyd edib.

Makron Fransa nüvə çətirinin mövcudluğunu da açıqlayıb. O, 2026-cı ildə nüvə doktrina planını əks etdirən çıxışı edəcəyini qeyd edib.

Seçilən
23
aznews.az

1Mənbələr