AZ

Türkiyə lideri: Üçtərəfli ittifaq İslam torpaqlarını qoruyacaq

BAKI, 1 oktyabr. TELEQRAF

“Türkiyə təkcə Türkiyə daxilindəki kürdlərin vətəni deyil, həm də Türkiyə sərhədləri xaricində kürdlərin ən böyük, ən səmimi, ən etibarlı himayədarı və qardaşıdır”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Türkiyənin bölgədəki kürdlərə verdiyi önəmi vurğulayaraq dedi:

“Bu, son günlər qapısı döyülən ilk sığınacaqdır. Bu, əsrlər boyu olduğu kimi bu gün də, sabah da belə qalacaq. İnşallah, heç vaxt dəyişməz. Heç vaxt imkan verməyəcəyik ki, sərhədlərimizdən kənarda olan kürd qardaşlarımız müəyyən terror təşkilatlarının təzyiqi altında türklərə, kürdlərə, ərəblərə və ümumiyyətlə müsəlmanlara düşmən olan müəyyən dövlətlər və qruplar tərəfindən istismar edilsinlər”, - dövlət başçısı bildirib.

R.T.Ərdoğan qeyd edib ki, türklər, kürdlər, ərəblər, sünnilər, şiələr, ələvilər, nüseyrilər - etnik mənsubiyyətindən, dilindən, məzhəbindən asılı olmayaraq hamının gələcəyi birdir:

“Bu yolda əzəli qardaşlığımız, İnşallah, bütün maneələri dəf edəcək qədər güclüdür. Sultan Alp Arslan, Səlahəddin Əyyubi və Fateh Sultan Mehmedin ordularında türklər, kürdlər, ərəblər çiyin-çiyinə dayanaraq qələbələr qazandıqları və Çanaqqalada İslam torpaqlarını qəhrəmancasına müdafiə etdikləri kimi, İnşallah, sabah və əbədi olaraq, türk-kürd-ərəb ittifaqı regionun sülhünü, əmin-amanlığını, inkişafı və rifahını birgə təmin edəcək və gücləndirəcək”.

Seçilən
82
teleqraf.com

1Mənbələr