AZ

Papa XIV Leo ABŞ-nı tənqid etdi

Ajans.az xəbər verir ki,İtaliyanın Castel Gandolfo şəhərində jurnalistlərlə görüşü zamanı Papa bəyan edib: "Əgər kimsə deyirsə ki, aborta qarşıyam, lakin ABŞ-da mühacirlərə qarşı qeyri-insani rəftarı dəstəkləyirəm — onun həqiqətən həyat tərəfdarı olub-olmadığını bilmirəm." Katolik Kilsəsinin əsas təlimlərindən biri olan "həyatın müqəddəsliyi" anlayışı — hamiləlikdən təbii ölümə qədər insan həyatının qorunmasını əsas götürür və dünya üzrə 1,4 milyard katolikin mənəvi təməl prinsiplərindən sayılır. Papa XIV Leo bu açıqlamanı amerikalı jurnalistin ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasəti ilə bağlı verdiyi suala cavab olaraq səsləndirib. Ağ Evin mətbuat katibi Abigail Jackson isə məsələ ilə bağlı bildirib: "Prezident Tramp seçki zamanı verdiyi vədlərə, o cümlədən qeyri-qanuni mühacirlərin deportasiyası ilə bağlı vədlərə sadiqdir. O, Amerika xalqına verdiyi sözü yerinə yetirir."

 

Seçilən
109
Ajans.az

1Mənbələr