2025-ci il oktyabrın 1-nə Azərbaycanda pul bazası 21 milyard 541.2 milyon manat təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, pul bazası ötən aya nisbətən 2% və ya 419.4 milyon manat artıb.
Məlumata görə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 3 % artıb, son 1 ildə isə 4.8% artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.