AZ

Azərbaycan "yaşıl" nəqliyyat və "ağıllı şəhərlərə" keçidi sürətləndirir - Muxtar Babayev

Bakı. Trend:

Azərbaycan davamlı nəqliyyatın və “ağıllı şəhərlərin” inkişafıistiqamətində tədbirləri davamlı şəkildə həyata keçirir və onlarıölkənin iqlim gündəliyinin mühüm tərkib hissəsinə çevirir.

Trend xəbər verirki, bunu COP29 prezidenti, Azərbaycan Respublikası Prezidentininiqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakı İqlimFəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, şəhərlərin sürətlə böyüməsi mobilliksahəsində ekoloji cəhətdən təmiz həllərə keçidi, emissiyalarınazaldılmasını və “yaşıl” texnologiyalardan istifadəningenişləndirilməsini tələb edir.

“Əgər biz iqlim hədəfi olan 1,5 dərəcə göstəricisini əlçatansaxlamaq istəyiriksə, nəqliyyat sektorunda qətiyyətli addımlaratmalıyıq. Metronun genişləndirilməsi, elektrobusların tətbiqi vəveloinfrastrukturun inkişafı emissiyaların azalmasına, havanınkeyfiyyətinin yaxşılaşmasına və şəhərlərin daha rahat yaşayışməkanına çevrilməsinə kömək edəcək”, -deyə M.Babayev bildirib.

O vurğulayıb ki, Azərbaycanda artıq elektromobillər, alternativyanacaqla işləyən avtobuslar fəal şəkildə istismar olunur, dəmiryolu sistemi elektrikləşdirilir, metro şəbəkəsi isəgenişləndirilir. Xüsusi diqqət Bakı Baş Planı layihəsinə yönəldilibki, bu da nəqliyyat axınlarının optimallaşdırılması və tıxaclarınazaldılması üçün rəqəmsal həllərlə “yaşıl” paytaxtın yaradılmasınınəzərdə tutur. Bundan başqa, onun sözlərinə görə, müasiraşağıkarbonlu inkişaf texnologiyalarının tətbiq olunduğu yeni“ağıllı şəhərlər” Zəngilanda, Ağdamda, ümumilikdə Qarabağda vəŞərqi Zəngəzurda salınır.

COP29-un prezidenti həmçinin 50-dən çox ölkə və 100 şəhərinimzaladığı “Davamlı və sağlam şəhərlər üzrə Bakı bəyannaməsi”ni dəxatırladıb. Bəyannamə hökumətlərin, yerli idarəetmə orqanlarının vəbiznesin nəqliyyat, tikinti, maliyyə və səhiyyə sahələrindəfəaliyyətlərinin əlaqələndirilməsini nəzərdə tutur.

Məqalədə:
Seçilən
51
2
az.trend.az

3Mənbələr