AZ

Xroniki yorğunluq sadəcə yuxu çatışmazlığı deyil - Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti aydınlıq gətirir

Bakı. Trend:

Xroniki yorğunluq sadəcə gündəlik yorğunluqla eyni deyil. Bu,uzun müddət davam edən, istirahət və yuxudan sonra belə keçməyən,insanın həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Əgər bu halbir neçə həftə və ya ay davam edirsə, artıq onu sadəcə yorğunluqkimi qəbul etmək olmaz, çünki bu, çox zaman müəyyən xəstəliklərinəlaməti ola bilər.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyininmütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, ən çox rast gəlinən səbəblərdən biri qanazlığıdır:

“Qanda oksigen daşıyan hemoqlobinin azlığı səbəbindən orqanizmkifayət qədər oksigenlə təmin olunmur və insan daim halsızlıq,gücsüzlük hiss edir. Digər vacib səbəb isə qalxanabənzər vəzinxəstəlikləridir. Hormonların çatışmazlığı (hipotiroidizm) maddələrmübadiləsini zəiflədir və insan özünü ağır, yorğun hiss edir.Əksinə, hormonların çoxluğu (hipertiroidizm) orqanizmi yükləyərəkenerjini tez tükəndirir.
Xroniki yorğunluğa psixoloji amillər də səbəb ola bilər. Stres,narahatlıq və ya depressiya insanın həm emosional, həm də fizikigücünü azaldır. Bu zaman istirahət kifayət etmir, çünki probleminkökündə psixoloji gərginlik dayanır. Yuxu pozğunluqları da genişyayılmış səbəblərdəndir. Yuxu apnesi və ya keyfiyyətsiz yuxu zamanıinsan yatmış olsa da, orqanizm dincələ bilmir və səhərlər yorğunoyanır”.

Nazirliyin mütəxəssis-ekspert bildirib ki, şəkərli diabet,ürək-damar və ağciyər xəstəlikləri də orqanizmin enerjisini aşağısalır:

“Diabetdə qanda şəkərin qeyri-sabit olması tez yorulmaya gətiribçıxarır, ürək və ağciyər problemlərində isə orqanizmin oksigenlətəminatı zəiflədiyi üçün yorğunluq artır. Bəzi hallarda xronikiinfeksiyalar və ya immun sistem xəstəlikləri də bu hissi yaradabilər. Hətta səbəbi aydın olmayan və xüsusi olaraq “xronikiyorğunluq sindromu” adlanan bir vəziyyət də mövcuddur. Bu zamanyorğunluq aylarla davam edir və adi analizlərdə heç bir ciddiproblem görünməyə bilər. Belə hallarda mütləq həkimə müraciət etməklazımdır. Qan analizləri, qalxanabənzər vəz hormonlarınınyoxlanılması, şəkər səviyyəsinin ölçülməsi, ürək və ağciyərlə bağlımüayinələr səbəbin aydınlaşdırılmasına kömək edə bilər. Çünkiyorğunluq çox zaman başqa xəstəliyin xəbərçisi olur və erkəndiaqnoz həm müalicəni asanlaşdırır, həm də fəsadların qarşısınıalır”.
Z.Quliyev sonda qeyd edib ki, həyat tərzi faktorlarını da unutmaqolmaz:

“Yuxu rejiminin qaydaya salınması, balanslı qidalanma, gündəlikfiziki aktivlik və stresin idarə olunması yorğunluğun azalmasındamühüm rol oynayır. Əgər yorğunluq bu tədbirlərə baxmayaraq davamedirsə, artıq onu adi hal kimi qəbul etmək olmaz”.

Seçilən
18
10
az.trend.az

10Mənbələr