Avropa 2030-cu ilə qədər tam müdafiə qabiliyyətinə nail olmaq istəyir.
AzPost bildirir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib.
O, bu barədə özünün X sosial media səhifəsində yazıb.
Ursula fon der Leyen xatırladıb ki, altı ay əvvəl Kopenhagendə o, Avropa təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı vizyonunu təqdim edib.
“Avropa İttifaqı liderləri 2030-cu ilə qədər Avropanın tam müdafiə qabiliyyətinə nail olmaq üçün plan hazırlamaq üçün görüşür. Kopenhagen Avropanın müdafiəsinin gələcəyini formalaşdıracağımız yer olaraq qalacaq”, – Avropa Komissiyasının sədri yazıb.