AZ

Özbəkistan nümayəndə heyəti üçün Bakının tarixi və mədəni məkanlarına mediatur təşkil edilib (FOTO)

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti üçün Bakınıngörməli yerlərinə mediatur təşkil olunub.

Trend xəbərverir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, ilk olaraq qonaqlar dünya memarlığının nadirincilərindən sayılan Heydər Əliyev Mərkəzini ziyarət ediblər.Onlara Mərkəzin müasir memarlıq üslubu, innovativ konsepsiyası,həmçinin burada təqdim olunan ekspozisiyalar haqqında ətraflıməlumat verilib. Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycanxalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin,azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindənöyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzdə həmçininHeydər Əliyev Muzeyinin yaradıldığı vurğulanıb. 2013-cü ildənfəaliyyət göstərən Muzeydə Ümummilli Lider Heydər Əliyevin həyatyolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsiləqonaqlara təqdim edilib.

Daha sonra nümayəndə heyəti Azərbaycan Milli İncəsənət Muzeyiniziyarət edib. Qonaqlara muzeyin tarixi, milli və dünya incəsənətnümunələrini özündə birləşdirən zəngin kolleksiyası, müxtəlifauditoriyalar üçün təşkil olunan mədəni və təhsil proqramları,eləcə də digər fəaliyyət istiqamətlərindən bəhs edilib.

Mediatur çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuİdarəsinin dəstəyi ilə XII əsrə aid divarlarla əhatə olunmuş, Şərqmemarlığı və tarixi ilə zəngin, UNESCO-nun Ümumdünya İrs Siyahısınadaxil edilmiş İçərişəhər ziyarət olunub. Qonaqlara qeyri-adimemarlıq özəllikləri ilə seçilən Qız qalası və Bakının tarixitikililəri arasında mühüm yer tutan Şirvanşahlar Sarayı Kompleksidə daxil olmaqla, İçərişəhərin digər tarixi-memarlıq abidələri,eləcə də turizm imkanlarının genişləndirilməsi istiqamətindəgörülən işlər haqqında geniş məlumat verilib.

Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Seçilən
78
6
az.trend.az

7Mənbələr