AZ

UEFA azarkeşlərə görə "Qalatasaray"ı cərimələdi

UEFA Türkiyənin "Qalatasaray" klubunu 68 250 avro cərimələyib.

Gundem.az xəbər verir ki, "Qalatasaray" UEFA Çempionlar Liqasının "Ayntraxt"la oyununda azarkeş iğtişaşlarına görə cəmi 68 250 avro cərimələnib.

Klub atəşfəşanlığa görə 18 000, yad əşya atılmasına görə 35 250, digər iğtişaşlara görə isə 15 000 avro ödəyəcək.

Qeyd edək ki, oyun "Qalatasaray"ın 1:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

Seçilən
15
1
gundem.az

2Mənbələr