AZ

AFFA “Sabah”ı 11700 manat cərimələdi

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

AFFA “Sabah”ı cərimələyib.

Futbolpress.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul edilib. Toplantıda Premyer Liqanın VI turunun “Sabah” – “Sumqayıt” oyunu ilə bağlı aşağıdakı cərimələr tətbiq edilib:

28.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Sabah” – “Sumqayıt” oyununun gedişində işıq söndüyünə görə matç 20 dəqiqə gecikdiyi üçün “Sabah” klubu 1000 manat cərimə edilsin (maddə 60.1);

28.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Sabah” – “Sumqayıt” oyununda “Sabah” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilsin (maddə 43.1);

28.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Sabah” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində “Sabah” klubunun məşqçisi Castinas Qasiunas hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Sabah” klubu 10000 manat cərimə edilsin (maddə 52.4);

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
4
futbolpress.az

5Mənbələr