AZ

Nikol Kidman boşanmaq üçün ərizə verib

Hollivud aktrisası Nikol Kidman 19 illik evliliyindən sonra müğənni Keyt Urbandan boşanmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, u barədə Daily Mail məlumat yayıb.

Sentyabrın 30-da Nikol Kidman musiqiçidən boşanmaq üçün məhkəməyə müraciət edib. Sənədlərdə aktrisa boşanmaya səbəb kimi barışmaz fikir ayrılıqlarının olduğunu bildirib.

Bununla belə, bir tabloid insayderi hesab edir ki, cütlük Keith Urbanın yeni sevgilisi səbəbindən ayrılıb. Məşhurların özləri hələ ki, məlumatı şərh etməyiblər.

Cütlüyün ayrılması sentyabrın 29-da elan edilib. TMZ cütlüyün yayın əvvəlindən ayrı yaşadığını, Urban uzaqda olarkən Kidman'ın iki övladının qayğısına qaldığını bildirib. 

Seçilən
18
ucnoqta.az

1Mənbələr