1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ən zəngin rusiyalıların sərvəti ilin əvvəlindən 19.69 milyard dollar artıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" məlumat yayıb.
"Bloomberg Billionaires Index"in versiyasına görə, "Telegram"ın qurucusu Pavel Durov ilin əvvəlindən ən çox qazanc əldə edib və onun sərvəti 4.82 milyard dollar artaraq 15.8 milyard dollar olub.
"Severstal"ın əsas sahibi Aleksey Mordaşovun sərvəti 3.41 milyard dollar artaraq 26.6 milyard dollara, "Metalloinvest"in səhmdarı Alişer Usmanovun sərvəti isə 3.22 milyard dollar artaraq 16.4 milyard dollara çatıb.
"Forbes"un rus versiyasına görə, ən zəngin iş adamlarının üçlüyünə "LUKOIL"un təsisçisi Vahid Ələkbərov (28.7 milyard dollar), Mordaşov (28.6 milyard dollar) və Mixelson (28.4 milyard dollar) daxildirlər.