AZ

Ölkə ərazisində 79 cinayətin açılması təmin olunub

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, sentyabrın  30-da ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 40 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Ötən gün eyni zamanda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

N.Adilqızı
XQ

Seçilən
30
41
xalqqazeti.az

10Mənbələr