AZ

“Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil İctimai Birliyi şəhid jurnalist Sirac Abışovun ailəsinə baş çəkib (FOTO/VİDEO)

Bakı.Trend:

“Bakı Şəbəkəsi” Araşdrımalar və Təhlil İctimai Birliyininrəhbərliyi şəhid jurnalist Sirac Abışovun ailə üzvlərinə başçəkib.

Trend xəbərverir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində terrorqurbanı olmuş şəhid jurnalistlərin xatirəsinə həsr olunan layihəçərçivəsində Sirac Abışovun həyat və fəaliyəti haqqında genişsöhbət açılıb.

İctimai Birliyin rəhbəri Elçin Ağacanov bildirib ki, şəhidjurnalistlərin xatirəsini yaşatmaq üçün bir sıra layihələr həyatakeçirilib və proses gələcəkdə də davam etdiriləcək: "AzərbaycanRespublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyinin dəstəyi ilə “Baku Network” analitik mərkəzinintərəfindən icra olunan "Azərbaycan əleyhinə hibrid və ideolojitəhdidlərin təhlili" layihəsi çərçivəsində bu ilin iyul ayındaFransanın paytaxtı Paris şəhərində şəhid jurnalistlərin xatirəsinəhəsr edilən tədbir keçirilib, sərgi təşkil edilib. Fransanınnüfuzlu siyasətçiləri, ictimai xadimlər, Avropanın aparıcı mediaqurumlarının nümayəndələri və digər tanınmış şəxslərin iştirakı iləkeçirilən tədbirdə braşurlar da paylanıldı. Məqsədimiz erməniterrorunu bir daha dünyaya tanıtmaq, Azərbaycanın haqq və ədalətsavaşını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq idi".

“Bakı Şəbəkəsi” Araşdrımalar və Təhlil İctimai Birliyinin layihədirektoru Sahil Kərimli isə bildirib ki, şəhidlərimizin, xüsusilədə peşə borcunu yerinə yetirərkən erməni terrorunun qurbanı olanmedia nümayəndələrinin xatirəsi bizim üçün daim əzizdir: "BizFransada keçirilən tədbirdə bir daha dünyaya çatdırdıq ki, erməniişğalçıları mülki insanlara qarşı müharibə cinayətləri törədiblər.İstər 1-ci Qarabağ müharibəsi zamanı, istərsə də 44 günlük VətənMüharibəsi dövründə erməni terrorçuları mülki şəxsləri,jurnalistlərimizi qətlə yetiriblər. Biz şəhidlərimizin əzizxatirəsini uca tutaraq bu həqiqətləri dünyaya çatdırmaq istədik. Bugün də, gələcəkdə də bu kimi layihələr davam etdiriləcək".

Şəhid jurnalistin atası Abış Səmədov isə bildirib ki, Sirachəddindən artıq vətənpərvər insan olub: "Bir gün iki qardaş tezdənevdən çıxıb, evə də gəlməmişdilər. Sən demə müharibəyə könüllügetmək üçün adlarını yazdırıblar. Hər ikisi televiziyadaişləyirdilər. Müharibəyə yollanmağa can atırdılar. 44 günlük VətənMüharibəsindəki tarixi Qələbəmizdən sonra Sirac operator kimi azadedilmiş ərazilərə ezam olundu. Məqsəd erməni vəşiliyini, işğaldövründə dağıdılmış və talan edilmiş ərazilərimizdə çəkilişləraparmaq və arxivləşdirmək idi. Tez-tez əlaqə saxlayırdı. Mənimlədanışanda deyirdi ki, ondan arxayın olum. Siracla, Şirzadla həmişəfəxr etmişəm. Sirac çox qayğıkeş insan idi, iki evin qayğısını oçəkirdi. Fəxr edirəm ki, belə oğul böyütmüşdüm. Ata-ananınqayğısına qalan, vətənpərvər oğul idi".

Şəhid jurnalistin qardaşı Şirzad Səmədov isə bildirib ki,vətənpərvərlik bizim ailədə olub: "Çünki biz od-alovun içindənçıxmışdıq. Hadisələrin qaynar vaxtında, 1-ci Qarabağ müharibəsindədayım şəhid olmuşdu. Biz demək olar ki, qonşularda böyümüşdük.Anamızın vaxtsız ağaran saçları, ata yurdumuz Qubadlının işğalgünü, dayımın doğulduğu, şəhadətə ucaldığı günlər, Şəhidlərxiyabanını ziyarətlər – bütün bunlarla vətənpərvər ruhu həmSiracın, həm də bizim ailənin damarına hopmuşdu.

Biz – məcburi köçkün uşaqları həmişə həyətdə müharibə ilə bağlıoyunlar oynamışıq. Həmin oyunlarda Sirac özünü unudulmazqəhrəmanımız Çingiz Mustafayevə bənzədirdi. Hələ o zaman bilmirdikki, onların taleyində indi və sonralar da çox bənzərliklər olacaq.Sirac çiyninə nəsə bir taxta, ya qab tapıb qoyurdu, çünki bizXocalının kadlarında Çingizin səs-sədaları ilə böyümüşdük. Sirachər zaman özünü operator kimi aparırdı. Qardaşım həyatdan köçüb,təəssüflənməmək mümkün deyil. Amma Sirac elə bir həyat yaşadı ki,ona başqa cür ölüm yaraşmazdı.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev çox sağolsun, Siracı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltifetdi. Sirac həmçinin “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərəgörə” və “Hərbi əməkdaşlıq sahəsində xidmətə görə” medalları ilə dətəltif olundu. Prezident İlham Əliyev Siracın ailəsinə yaşadığıəraziyə yaxın 3 otaqlı mənzil verdi. Bunlar təkcə mənim qardaşımayox, Azərbaycan Respublikası, dövlət və onun başçısının bütünşəhidlərə qayğısının vacib nümunəsidir".

Sirac Abışovun ailə üzvləri şəhid jurnalsitlərin xatirəsinindaim uca tutduğuna, bu istiqamətdə mütəmadi tədbirlər keçirdiyinəgörə “Bakı Şəbəkəsi” Araşdrımalar və Təhlil İctimai Birliyinə dərintəşəkkürlərini bildiriblər.

Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrindəxidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmişKəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ”markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətindəhərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər- AZƏRTAC-ın müxbiri M.İbrahimov, Azərbaycan Televiziyasınınoperatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyətibaşçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsininmüavini Arif Əliyev şəhid olublar.

Şəhid Sirac Abışovun evindən hazırlanan videoreportajı təqdimedirik:

“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
“Bakı
Seçilən
29
5
az.trend.az

6Mənbələr