AZ

Bu gün Bayıl ərazisində qaz olmayacaq


Bu gün Bakının Səbail rayonunun Bayıl qəsəbəsində qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, Səbail rayonu ərazisində yerləşən "Gülüstan" qaz xəttində quraşdırılmış qaz tənzimləyicisinin demontaj edilməsi işləri ilə əlaqədar, oktyabrın 1-də saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz xəttində qaz təchizatı dayandırılacaq. Həmin müddət ərzində Bayıl qəsəbəsində qaz təchizatında fasilə yaranacaq.

Mətləb

Seçilən
8
49
baki-xeber.com

10Mənbələr