AZ

Tramp özünü ABŞ-nin təkcə 45-ci və 47-ci deyil, həm də 46-cı prezidenti adlandırdı

BAKI, 01 oktyabr. TELEQRAF

Mən 45-ci, 46-cı və 47-ci ABŞ lideri oldum.

Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Virciniya ştatının Kuantiko şəhərində yerləşən ABŞ Dəniz Piyadaları Korpusu bazasında Silahlı Qüvvələrin yüksək komanda heyəti qarşısında çıxışı zamanı söyləyib.

“Mən 45-ci, 46-cı və 47-ci ABŞ lideri oldum. Əgər dərindən düşünsək, bu, belədir. Lakin 46-cının mənim vicdanıma yazılmasını istəməzdim”, - Tramp bildirib.

Dövlət başçısının sözlərinə görə, ABŞ o qədər güclü olmalıdır ki, heç bir ölkə ona meydan oxumağa cəsarət etməsin.

“Biz o qədər qüdrətli olmalıyıq ki, heç bir düşmən bizə hədə-qorxu gəlməyə cəsarət etməsin. O qədər bacarıqlı olmalıyıq ki, heç bir rəqibin ağlına belə gəlməsin ki, bizi məğlub etmək olar", - o, ölkənin müharibə naziri Pit Heqset tərəfindən təşkil edilmiş müşavirədə çıxışı zamanı deyib.

Tramp bununla əlaqədar olaraq, 2026-cı maliyyə ili üçün federal büdcə layihəsində hərbi ehtiyaclara 1 trilyon dollardan artıq vəsait ayırmağı nəzərdə tutduğunu xatırladıb və bunun, ABŞ tarixində Pentaqonun ən böyük büdcəsi olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, hazırkı ABŞ administrasiyasının rəhbəri 2017-21-ci illərdə də hakimiyyətdə olub. O, 2020-ci ilin noyabrında keçirilən seçkilərdə Cozef Baydenə uduzub və ölkənin sayca 46-cı prezidenti olmaq imkanını qaçırıb. Lakin Tramp hələ də həmin seçkilərdəki məğlubiyyətini şübhə altına alır.

Seçilən
54
teleqraf.com

1Mənbələr