Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ Senatında Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya ayda 10 milyard dollar köçürülməsini təklif edən qətnamə layihəsi təqdim edilib.
APA xəbər verir ki, bu haqda Senatın saytında yerləşdirilən məlumatda deyilir.
Qətnamə layihəsi icra orqanlarını, G7 və Avropa İttifaqı liderlərini Rusiyanın aktivlərini ələ keçirməyə və onları ayda ən azı 10 milyard dollarlıq tranşlarla Ukraynaya köçürməyə çağırır.
Qətnamənin mətni hələlik ictimaiyyətə açıqlanmayıb. Qanun layihəsi baxılmaq üçün ABŞ Konqresinin yuxarı palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.