“Xüsusi qeyd edirəm ki, Azərbaycan geniş şəkildə çox nüfuzlu bir tərəfdaşdır. Avropa İttifaqı bunu görür və təbii ki, bizim sizinlə əməkdaşlığımız bu çərçivədə də çox əhəmiyyətli olacaqdır”.
Modern.az xəbər verir ki, bu fikirləri İtaliya Prezidenti Sercio Mattarella azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuata verdiyi bəyanatlarda səsləndirib.
“Biz əlimizdən gələni edəcəyik ki, bu əlaqələr daha da artsın, inkişaf etsin və hər zaman daha çox yeni sahələri əhatə etsin, ölkələrimizin, xalqlarımızın rifahına xidmət etsin. Bu məqsədlə də mən Bakıya səfərə gəlmişəm. Cənab Prezidentə minnətdaram ki, ikinci dəfədir məni ölkəsinə dəvət edib. Təbii ki, Siz burada, həmçinin İtaliyanın rolunu da qeyd etdiniz. Buna görə mən Sizə təşəkkürümü bildirirəm. Həmçinin qonaqpərvərliyinizə görə minnətdaram.
Qeyd edim ki, sabah İtaliya ilə Azərbaycan arasında mədəniyyət sahəsində, təhsil sahəsində mühüm bir gün olacaq və biz sabah səhər birgə tədbirdə iştirak edəcəyik”.