ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
Bolqarıstan 2027-ci ilin sonunadək Rusiyadan qaz idxalından imtina etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan energetika naziri Jeço Stankov “Politiko” nəşrinə müsahibəsində bəyan edib.
Bildirib ki, Avropa Birliyinin üzvü kimi Bolqarıstan öz addımlarını Avropa qanunvericiliyi və siyasəti ilə uyğunlaşdırır, o cümlədən 2027-ci ilin sonunadək Rusiya enerji resurslarından mərhələli imtina planını həyata keçirir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.