AZ

Kitab həvəskarlarının Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-də Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi başlanır.

BAKU.WS xəbər verir ki, oktyabrın 7-dək davam edəcək builki sərgi "Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi" mövzusuna həsr olunub.

Sərgidə iştirak etmək istəyənlərin metronun "Elmlər Akademiyası" (09:00 - 17:00), "28 May" (09:00 - 17:30) və "Koroğlu" (09:00 - 18:00) stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Avtobusların Bakı Ekspo Mərkəzinə yola düşmə və geri dönüşünü əks etdirən cədvəli təqdim edirik.

Seçilən
16
11
far.az

10Mənbələr