AZ

İsrail komandası yarışdan kənarlaşdırıldı

İsrailin “İsrail-Premier Tech” komandası “Ciro dell'Emilia” velosiped yarışından kənarlaşdırılıb.

İdman.biz bur barədə AFP-yə istinadən xəbər verir.

“Ciro dell'Emilia” oktyabrın 4-də İtaliyada arasında keçiriləcək.

“Təəssüf ki, “İsrail-Premier Tech” komandası yarışımızda olmayacaq. Biz ictimai təhlükəsizlik səbəbi ilə bu qərarı verməli olduq”, - yarışın təşkilatçılarından Adriano Amiçi deyib.

Sentyabr ayında “Vuelta a Espana” veloyürüşü zamanı İsrail əleyhinə şüarlar səsləndirən etirazçılar birbaşa velosiped yollarına daxil olaraq yarışın keçirilməsinə mane olublar. Etirazlar nəticəsində yarışın bəzi mərhələləri vaxtından əvvəl başa çatıb və qalib müəyyənləşməyib.

İdman.biz

Seçilən
73
2
idman.biz

3Mənbələr