“Qəbələ”nin futbolçusu Salihu Nasiru Çilidə keçirilən gənclər (U-20) dünya çempionatında Nigeriya millisinin ilk oyununda meydana çıxıb.
"Football-plus.az" xəbər verir ki, Nigeriya komandası start oyununda Norveçə 0:1 hesabı ilə məğlub olub. Nasiru start heyətində yer alıb və görüşün 78-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, Nigeriya millisi növbəti oyununu oktyabrın 3-də Səudiyyə Ərəbistanı yığması ilə keçirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta