AZ

YouTube Trampa 24,5 milyon dollar təzminat ödəyəcək

YouTube Trampa 24,5 milyon dollar təzminat ödəyəcək

YouTube ABŞ prezidenti Donald Trampın açdığı iddianı yekunlaşdırmaq üçün 24,5 milyon dollar ödəməyi qəbul edib. Tramp 6 yanvar 2021-ci il Konqres hücumundan sonra hesabının dondurulması səbəbilə platformanı məhkəməyə vermişdi.

Razılaşma YouTube-un aid olduğu Alphabet şirkəti tərəfindən əldə olunub. Bundan əvvəl həm X/Twitter, həm də Facebook Trampa kompensasiya ödəməyi qəbul etmişdi.

Meta bu ilin yanvarında 25 milyon dollarlıq razılaşmaya imza atmış, həmin məbləğin 22 milyon dolları Trampın prezidentlik kitabxanasına yönləndirilmişdi. Fevralda isə X platforması təxminən 10 milyon dollar ödəməyi qəbul etmişdi.

Razılaşmaya əsasən YouTube-un ödəyəcəyi məbləğin 22 milyon dolları Ağ Evdə yeni bal zalının tikintisini dəstəkləyən Milli Mall Fonduna veriləcək. Qalan 2,5 milyon dollar isə Trampın iddiasına qoşulan Amerika Mühafizəkarlar Birliyi kimi qurum və şəxslərə çatacaq.

Seçilən
152
afn.az

1Mənbələr