AZ

Media əməkdaşlığı Azərbaycanla Özbəkistan arasında əlaqələri möhkəmləndirir - Milli Media Asssoasiyasının baş direktoru (ÖZƏL)

Bakı. Trend:

Azərbaycan və Özbəkistan media sahəsində əməkdaşlığı fəalşəkildə inkişaf etdirməlidirlər, çünki bu yalnız sahənin özünədeyil, həm də siyasətə, iqtisadiyyata, mədəniyyətə və digərəməkdaşlıq istiqamətlərinə birbaşa təsir göstərir.

Bunu Trend-əÖzbəkistanın Milli Media Assosasiyasının baş direktoru AbduazizAbutolipov “Rəqəmsal transformasiya və media” mövzusunda keçirilənII Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində verdiyimüsahibədə deyib.

“Bu gün media məkanı yalnız texnologiya deyil, eyni zamandacəmiyyətin gələcək inkişafının meyarıdır . Biz bilirik ki, dünyasaxta xəbərlər, kiberhücumlar və dezinformasiya ilə üzləşir. Heçbir dövlət bu sərhədsiz təhdidlərə təkbaşına sinə gələ bilməz. Onagörə də bu günün açar sözü – tərəfdaşlıqdır”, -deyə o bildirib.

Abutolipovun sözlərinə görə, Özbəkistan Milli MediaAssosiasiyası Azərbaycan KİV-ləri ilə əməkdaşlığı gücləndirməyiplanlaşdırır.

“Forum çərçivəsində əməkdaşlıq sənədlərinin imzalanmasınıgözləyirik və Azərbaycanlı həmkarlarla birlikdə işləməyə hazırıq.Bu, gələcəkdə dayanıqlı inkişaf üçün əsas yaradacaq”, - deyəAbutolipov qeyd edib.

Assosiasiya rəhbəri bildirib ki, öncəlik radio stansiyaları iləqarşılıqlı əlaqəyə aiddir: “Assosiasiyaya 19 radio kanal daxildirvə onlardan doqquzunda vahid informasiya proqramı yayımlanır. Bizora Azərbaycan xəbərlərini də əlavə etmək istəyirik. Bu, Özbəkistanvətəndaşlarının Azərbaycana dair məlumatı birbaşa əldə etməsinəimkan verəcək. Belə bir addım yalnız dövlət əlaqələrini deyil, həmdə xalq diplomatiyasını gücləndirəcək”.

Məqalədə:
Seçilən
66
1
az.trend.az

2Mənbələr