AZ

Qızıl medal qazanan üzgüçü: “Azərbaycan bayrağını yüksəklərə qaldırdığım üçün xoşbəxtəm”

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan üzgüçüsü Oqtay Hüseynov III MDB Oyunlarında qızıl medal qazanaraq ölkəsini fəxrlə təmsil edib.

İdman.biz “Report”a istinadən xəbər verir ki, Oqtay Hüseynov jurnalistlərə açıqlamasında bu uğurdan məmnunluğunu ifadə edib.

“İlk dəfədir ki, Azərbaycan üzgüçüsü MDB Oyunlarında qızıl medal qazanır. Bunu bacardığım üçün çox sevincliyəm. Xoşbəxtəm ki, Azərbaycanın bayrağını ən yüksəyə qaldırdım. Yarışdan öncə bir qədər tələskənliyim var idi, amma üzməyə başlayarkən bunu aradan qaldıra bildim”, – deyə idmançı bildirib.

Qeyd edək ki, Oqtay Hüseynov 400 metr məsafəyə qarışıq üzmə yarışında bütün rəqiblərini qabaqlayaraq qələbə qazanıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
icma.az

2Mənbələr