AZ

Anar Əliyev: Azərbaycanda “yaşıl iqtisadiyyat” üçün kadr hazırlığı aparılır

BAKI, 30 sentyabr. TELEQRAF

"Azərbaycanda “yaşıl iqtisadiyyat” üçün kadr hazırlığı aparılır".

Teleqraf xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan beynəlxalq müstəvidə inkişafla yanaşı, əhalinin sosial rifahını da diqqətdə saxlayır:

“İndiyədək ölkədə 5 sosial paket icra olunub. Son illər rəqəmsal transformasiya həyata keçirilir. Vətəndaşlar sosial sahədə öz məlumatlarını rahat izləyə bilir. Hazırda əmək müqavilələrinin elektronlaşdırılması əsas prioritetlərdəndir”.

O qeyd edib ki, “yaşıl iqtisadiyyat”a keçid yalnız texnologiya ilə məhdudlaşmır, həm də əmək bazarına təsir göstərir:
“Son illərdə məşğulluq proqramları genişləndirilib. Bununla yanaşı, əmək bazarında kadrların hazırlanması üçün müxtəlif təlimlər təşkil olunur”.

Seçilən
63
teleqraf.com

1Mənbələr