Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat müzakirəyə çıxarılıb.
Musavat.com bu barədə məlumat verir.
Spiker Sahibə Qafarova Prezident İlham Əliyevin təhbərliyi ilə Azərbaycan ordusunun yazdığı şərəfli tarixdən bəhs etdikdən sonra komitə sədri Azər Əmiraslanov Bəyanatı səsləndirib.
Milli Məclisin sədr müavini Əli Əhmədov sənəd haqqında yüksək fikirlərini bildirdikdən sonra qərar layihəsi yekdilliklə qəbul olunub.
E.Paşasoy,
Musavat.com