AZ

Mourinyu "Çelsi"nin hansı oyunçusunu sərəncamında görməyi arzulayır? - Özü açıqladı

"Benfika"nın baş məşqçisi Joze Mourinyu "Çelsi"nin hücumçusu Pedru Netunu sərəncamında görmək istədiyini bildirib.

Fanat.Az xəbər verir ki, "Goal" portuqaliyalı çalışdırıcısının açıqlamasını belə çatdırıb:
"Netu dünyanın ən yaxşı cinah yarımmüdafiəçilərindən biridir. Entso Mareskanın bəxti gətirib, çünki onun oxşar profilli üç-dörd oyunçusu var. Əlbəttə, Pedru Netonu "Benfika"da görmək istərdim, lakin o, hazırda fərqli maliyyə imtiyazına malikdir".

Netu 2024-cü ildən "Çelsi"də çıxış edir. Onun London klubu ilə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir.
"Benfika" Çempionlar Liqasının 2-ci turu çərçivəsində bu gün - sentyabrın 30-da "Çelsi" ilə qarşılaşacaq.

Mirağa

Seçilən
32
fanat.az

1Mənbələr