AZ

Netanyahu Dohaya 9 sentyabr hücumuna görə Qətərdən üzr istədi...


İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşü zamanı Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Taniyə zəng edərək İsrailin 9 sentyabrda Qətərin paytaxtı Dohaya hücumuna görə üzr istəyib.

Netanyahu Qətər təhlükəsizlik məmurunun ölümündən təəssüfləndiyini və gələcəkdə bir daha belə bir hücumun olmayacağını bildirib.

“İsrailin hücumu nəticəsində vətəndaşlarınızdan birinin həyatını itirməsinə görə kədərlənirik. İsrailin hədəfi Qətər vətəndaşları deyil, HƏMAS idi. İsrailin sizin suverenliyinizi yenidən pozmaq planı yoxdur, Mən prezidenti buna əmin etmişəm. Mən sizin rəhbərliyinizin İsraillə bağlı şikayətlərindən xəbərdaram və İsrailin də Qətərlə bağlı şikayətləri var - Müsəlman Qardaşlarına dəstək, Əl-Cəzirənin İsraillə bağlı mövqeyi. Mən şikayətlərimizi həll etmək üçün Prezidentin təklif etdiyi üçtərəfli təşəbbüsü alqışlayıram” – deyə Netanyahu bildirib.

TAHİR

Seçilən
61
baki-xeber.com

1Mənbələr