AZ

Milan Şəhər Şurası “San Siro”nun gələcəyi ilə bağlı müzakirələrə başlayıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Roma, 30 sentyabr, AZƏRTAC

Milan Şəhər Bələdiyyə Şurası “San-Siro” kimi məşhurlaşan “Giuseppe Meazza” stadionunun və ətraf ərazilərin “İnter” və “Milan” klublarına satılması ilə bağlı qərarı müzakirə etməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, “San-Siro”nun gələcəyi ilə bağlı qərarda konsensus əldə olunması və satışa “hə” cavabının çıxması gözlənilir. Şuranın iclası qeyri-müəyyən müddətə çağırılıb.

Ümumilikdə 1,2 milyard avroluq layihə çərçivəsində stadionda təmir-bərpa işlərinin aparılması və tamaşaçı tutumunun artırılması nəzərdə tutulur. Yeni stadionun 2031-ci ilədək hazır olması planlaşdırılır.

Qeyd edək ki, stadionunun gələcəyinə dair “İnter” və “Milan” klubları arasında aparılan danışıqlar fonunda yaranan qeyri-müəyyənlik səbəbindən UEFA 2027-ci ildə Milanda keçiriləcək Çempionlar Liqasının finalını ləğv edib.

Milan şəhərinin iki futbol klubu - “İnter” və “Milan” ev oyunları və digər turnirlər üzrə matçlarını “San-Siro” stadionunda keçirir. 1926-cı ildə istifadəyə verilmiş “San-Siro” 75 mindən çox tamaşaçı tutumu ilə onu İtaliyanın ən böyük stadionudur və Avropada isə ən böyük stadionlardan biridir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
azertag.az

3Mənbələr