Kəngərli rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.
Publika.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən məlumat verilib.
Belə ki, 110/35/10 kilovoltluq "Qıvraq" yarımstansiyasında cari təmir işləri aparılacaq.
Bununla əlaqədar, "Qıvraq" yarımstansiyasından qidalanan 35 kilovoltluq "Qarabağlar" hava elektrik verilişi xəttində də texniki işlər görüləcək. Nəticədə, sabah saat 11:30-dan 12:30-a qədər Qıvraq qəsəbəsi və ətraf kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq.