AZ

Ədalət Vəliyev Elşad Musayevlə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayevlə görüşüb.

Şöbə müdiri Elşad Musayevi Böyük Azərbaycan Partiyasının 27 sentyabrda keçirilən qurultayında yenidən sədr seçilməsi münasibəti ilə təbrik edib. 

Görüşdə ölkədə yaşanan siyasi dialoq mühiti, siyasi islahatlar, icra və qanunvericilik hakimiyyətləri arasında əlaqələrin inkişafı, coxpartiyalı siyasi sistemin təkmilləşdirilməsinə göstərilən dövlət dəstəyi, habelə həmrəylik mühitinin qorunmasının zərurəti haqqında geniş fikir mübadiləsi aparılıb.

"Cebheinfo.az"

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr